12 Fevral 2017 18:53
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda birmərtəbəli yaşayış evində yanğın olub.

Hadisə rayonun Hirkan kəndində qeydə alınıb.

Kənd sakini Şakir Heybət oğlu Ağayevə məxsus yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomaşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 54 m2 olan, birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və aynəbəndin tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

\APA\


Müəllif: