Oğuz rayonunda oğurluq etməkdə iki nəfərin həbs edilməsi üçün əməliyyat keçirilib. Teleqraf.com xəbər verir ki, Oğuz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Laçın Əzimov və Orxan Paşayev həbs edilib.
Onlar bu ilin yanvarın 4-də rayon sakini Əlizahir Orucova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaları da müəyyən edilib.
Saxlanılan şəxslər Oğuz rayonunda daha 10 yaxın vətəndaşın xeyli miqdarda mal-qarasını oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov