13 Fevral 2017 00:24
336

Bakının Nəsimi rayonunda oğurluq edən keçmiş məhkum saxlanılıb. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Rac Abramova məxsus velosipedi oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Vüqar Həşimov saxlanılıb.
Vüqar Həşimovun əvvələr də məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: