12 Fevral 2017 22:38
304

Lənkəran şəhərində dəniz kənarında mina tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, dəniz kənarında 1 ədəd tank əleyhinə təlim minası (TM-62 P3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 12 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 14 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 91 060 kv.m ərazi (56 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.


Müəllif: