13 Fevral 2017 10:17
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda qadın dəm qazından zəhərlənib. Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü İlahə Cəfərova dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

İlahə Cəfərovaya dərhal tibbi yardım göstərilib. Qadın yaşadığı evin hamamında olarkən dəm qazından zəhərlənib.

Daha bir dəm qazından zəhərlənmə faktı Goranboy rayonunda qeydə alınıb. Rayonun Nadirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Alidə Ələkbərova dəm qazından zəhərlənmə əlaməti ilə rayonun Mərkəzi xəstəxanasına yerləşdirilib.
Bundan başqa, Hacıqabul sakini, M.Müşviq küçəsi 134 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Cəbrayıl İslamov hamamda olarkən dəm qazından zəhərlənib.

Cəbrayıl İslamov toksik zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: