13 Fevral 2017 14:21
378

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar olunub.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən "Xanoba" gömrük postunun nəzarət zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif: