Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mübariz Əmirşahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Mübariz Əmirşahov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il mayın 20-də Quba şəhərində əvvəllər məhkum olunmuş Mübariz Əmirşahov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Kərimova bıçaqla xəsarət yetirib. Quba rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əmirşahov tutulub.
Məlum olub ki, hər iki həmyerli yeyib-içib sərxoş olublar. Mübahisə edən həmyerlilər arasında dava, sonda isə qanlı olay baş verib.
Hacı Zeynalov