15 Fevral 2017 13:50
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərin Xətai rayonunda 19 yaşlı oğlanın özünü öldürməsi hadisəsinin təfərrüatı məlum olub.


Lent.az xəbər verir ki, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asan 19 yaşlı Röyal Mirzəyevin məktubu tapılıb. Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş Röyal məktubu sevgilisinə yazıb. O məktubunda qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha sevgilisini görə bilməyəcək. Artıq yaşamaq istəmədiyini yazan Röyal sevgilisindən və doğmalarından halallıq istəyib.


R.Mirzəyevin məktubu və istifadə etdiyi telefon götürülüb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər