Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zamin Haqverdiyev və Namiq Ələkbərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə
Zamin Haqverdiyev və Namiq Ələkbərovun hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər barəsində narkomaniyadan məcburi müayinə təyin edilib.
İttihama görə, ötən il iyulun 17-də Nəsibə Nurəliyevaya məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə əlindən alınıb. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəhər sakinləri Zamin Haqverdiyev və Namiq Ələkbərov tutulublar.
Onlar əvvəllər də məhkum olunublar.
Hacı Zeynalov