9 İyul 2014 13:58
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İlqar Dadaşovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə İlqar Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib.


İlqar Dadaşov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Ondan külli miqdarda narkotik vasitə aşkar olunub.

Hacı Zeynalov


Müəllif: