Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.cpm xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 2-ə təyin edilib.
İttihama görə, hadisə Xaçmaz rayonun Arzu kəndi ərazisində törədilib. 1972-ci il təvəllüdlü İlqar Novruzovu həmkəndlisi Gündüz Məhərrəmov bıçaqlayaraq öldürüb.
Hacı Zeynalov