Ağdam rayonunda yaşayış evinə basqın edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Yasin Abbasovun evinə quldurluq yolu ilə girən iki naməlum şəxs ev sahibini yerə yıxaraq əlləri ilə boğazından tutublar.
Onlar ev sahibindən pul və qızıl tələb ediblər. Bu zaman səs-küy yarandığından naməlum şəxslər hadisə yerini tərk ediblər.
Baş verən quldurluq hadisəsi ilə bağlı Ağdam rayon Polis Şöbəsinə müraciət edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov