Lənkəran şəhərində iki ay əvvəl baş verən silahlı insidenti törədən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, hadisə bu ilin yanvarın 6-da qeydə alınıb.
Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Taleh Abbasov silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib. Onun bel nahiyəsindən xəsarət alması müəyyən edilib.
Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı insidenti törətməkdə şübhəli bilinən Qədir Şahbazov tutulub.
Ondan hadisədə istifadə edilən “İJ-20” markalı, nömrəsi silinmiş ov tüfəngi götürülüb.
Hacı Zeynalov