9 İyul 2014 17:20
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi, 8-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənli Ravil Elxan oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan qablaşdırılmış sular istehsal edildiyi müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fiziki şəxs R.Həsənli tərəfindən 19 litrlik plastik qablara doldurulmuş suların müvafiq texnoloji sənəd olmadan istehsal edildiyi, mənşəyi məlum olmayan həmin suların üzərində onun guya Xaçmaz rayonu, Xudat şəhəri, Şollar kəndindən gətirilmiş bulaq suyu olduğu barədə yanlış məlumatlar verildiyi aşkarlanıb.

Eyni zamanda, məhsulun etiketində saxlanma müddəti heç bir normativ sənədə əsaslanmadan 3 ay göstərilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs R.Həsənli barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Müəllif: