22 Fevral 2017 09:40
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda 22 yaşlı qız dərmandan zəhərlənib. Teleqraf.com xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1995-ci il təvəllüdlü Nərminə Qurbanova zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Nərminə Qurbanova bilmədən saxlama müddəti bitmiş dərman preparatı qəbul etdiyinə görə zəhərlənib.

Oxşar hadisə Şəmkir rayonunda da baş verib. Rayonun Əliyaqublu kənd sakini, 1998-ci il təvəllüdlü Həlimə Kazımova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər