Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf.com "ARB Kəpəz"ə istinadən xəbər verir ki, hadisə şəhərin Abdulla Sur küçəsi, 70 ünvanında qeydə alınıb.
Orada yaşayan 78 yaşlı Rəna Nəbiyeva və onun bacısı 57 yaşlı Zəhra Abdullayeva dəm qazından boğularaq ölüblər. Hadisədən əvvəlcə mərhumların əmisi oğlu xəbər tutub və dərhal polisə və təcili tibbi yardıma müraciət edib. Evə gələn həkimlər qadınların dəm qazından boğularaq öldüyünü ehtimal edirlər.
Hadisə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib, dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.