24 Fevral 2017 14:12
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda dələduzluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, fevralın 21-də Bakı şəhər sakinləri olan 5 nəfər dələduzluqla üzləşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edib.

Onlar bildiriblər ki, yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilov tərəfindən aldadılıblar. Anar Xəlilov zərərçəkmişlərdən ümumilikdə 7141 manat pul alıb.

Aparılan araşdırmalarla Anar Xəlilovun ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə daha 6 nəfəri aldadıb və onlardan ümumilikdə 9632 manat pul alması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər