İmişli rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan İmişli rayon sakini Vasif Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə minən naməlum şəxs ondan rayonun Yalavac kəndinə sürməsini istəyib.
Yolda həmin şəxs Vasif Mahmudovu bıçaqla hədələyərək avtomobildən düşməsini tələb edib. Qorxuya düşən Vasif Mahmudov avtomobildən yerə enib. Bu zaman həmin şəxs maşının sürərək gedib.
Vasif Mahmudov quldurluqla üzləşməsi ilə bağlı İmişli rayon polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yalavac kənd sakini Cavad Məmmədov tutulub.
Cavad Məmmədovun əvvəllərdə məhkumluq həyatı yaşadığı müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov