25 Fevral 2017 17:17
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin Baş İdarəsinin və 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, məhkum İftixar Cəfərova həyat yoldaşı Vəfa Cəfərova tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zaman kəllə qəndin içərisində xüsusi üsulla ovularaq gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 3.09 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

İftixar Cəfərov Cinayət Məcəlləsinin 177.3 və 66.3-cü maddələrinə əsasən11 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: