27 Fevral 2017 12:24
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, ötən il iyulun 22-də Sumqayıt şəhərində yaşayan Gülyaz Musayevanın bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb.

Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ramil Əbilov tutulub.

Ramin Əbilov qətlə yetirilən Gülyaz Musayevanın qohumu olub.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilə prosesdə şahid qismində Eldəniz Axundov ifadə verib. O bildirib ki, hadisə baş verəndən sonra Ramil Əbilovla görüşüb: "Görüşəndə üz-gözündə cırmaq izi gördüm. Soruşdum ki, nə olub? Dedi, iş yerində qadınlar dalaşıb və mən də qadınları ayıranda xəsarət almışam. Sonradan bildim ki, qətl törədib".

Ramil Əbilov ibtidai istintaqa ifadəsində deyib ki, Gülyaz Musayeva haqqında müsbət fikirlər eşitmədiyi üçün qətlə yetirib. Lakin o, məhkəmədə hakimin sualını cavablandırarkən, ibtidai istintaqa ifadəsini təkzib edib.

Ramin Əbilov qətlin səbəbini məhkəmədə açıqlamayıb.

Proses martın 13-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər