Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 19 yaşlı Əhəd Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Əhəd Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nərimanov rayonu ərazisində yaşayan Bakı şəhər sakini Səfər Yarıyevin evindən 6000 manat pul və qızıl əşyalar oğurlanıb. Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əhəd Quliyev tutulub.
Əhəd Quliyev həbsxanada olarkən əllərinə “azadlıq cənnətdir” sözlərini yazdırıb.
Hacı Zeynalov