10 İyul 2014 10:51
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı 1982-ci il təvəllüdlü Turan Həsənalıyev bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: