Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Gülbəniz Əhmədova özünü yaşadığı evdə asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov