Rusiyada cinayət törədən azərbaycanlı həbs edilib.
Teleqraf.com xəbər verir ki, Ağdam rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Yaşar Aslanov tutulub.
Yaşar Aslanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olub.
Məlum olub ki, Yaşar Aslanov Rusiyada olduğu zaman bir rus qızını zorlayıb. Cinayətdən yayınan Yaşar Aslanov Azərbaycana gəlib.
Hacı Zeynalov