1 Mart 2017 09:32
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin 38-ci hərbi şəhərciyində qeydə alınıb.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Ramil İsmayılov naməlum şəraitdə bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Vaxtında tibbi yardım göstərildiyi üçün Ramil İsmayılovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Ramil İsmayılovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər