Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Şəfa broyler"şirkətinin 11 min manatını mənimsəməkdə təqsirləndirilən Elməddin İbişovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Elməddin İbişov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 6 il müddətinə şərti cəza alıb.
Məhkəmə Elməddin İbişovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edob, o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Elməddin İbişov "Şəfa broyler" şirkətində satış meneceri çalışıb. O, şirkətinin 11 min manatını mənimsəməkdə təqsirləndirilib.
Hacı Zeynalov