1 Mart 2017 17:37
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Arif Həsənov ifadə verib. O, ifadəsi zamanı təqsirləndirilən Akif Əliyevə 100 dollar və 100 min manat verdiyini deyib.

Daha sonra Arif Həsənov təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Suallara cavab verən zərərçəkmiş pulu Akif Çovdarova yox, Akif Əliyevə verdiyini bildirib".

Proses martın 7-də davam edəcək.

***

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prosesdə şahid qismində zərərçəkmiş Nəsib Əliyevin bacanağı Elçin Xudiyev ifadə verib. O, bildirib ki, Nəsib Əliyevə 100 min manat borc pul verib: "Həmin pulun 50 min manatını Nəsib Əliyevin oğlu Elton Əliyev MTN-də saxlanılmamışdan əvvəl vermişəm, bu məsələyə adiyyatı yoxdur".

Nəsib Əliyev ifadəsində bildirib ki, oğlu saxlanılan günün səhəri pulu MTN-də verib. Elçin Xudiyev isə məhkəmədə ifadə verən zaman bildirib ki, 50 min manatı Nəsib Əliyevə Elton Əliyev saxlanılandan bir neçə gün sonra verib.

Daha sonra şahidin istintaqa verdiyi ziddiyyətli ifadəsi elan edilib. Elçin Xudiyev istintaq zamanı ifadəsində deyib ki, Nəsib Əliyev ona pulu Akif Çovdarova verəcəyini deyib.

Məhkəmədə sualları cavablandıran Elçin Xudiyev Nəsib Əliyevin pulu kimə verməsindən xəbərsiz olduğunu, Akif Çovdarovu tanımadığını deyib. O, istintaq zamanı ifadəsini oxumadan imzaladığını deytib.

Sonra zərərçəkmiş Nadir Feyziyev məhkəmədə sualları cavablandırıb: "Mən 350 min manat pulu Cahangir Alışovdan alıb Milli Təhlükəsizlik Nazirliyində Alı Nəbiyevə verdiyimi təsdiq etdim".


Daha sonra hakimdən söz alan Akif Çovdarov yenə də zərərçəkmişləri ittiham edib. O zərərçəkmişləri dələduz adlandırıb.

Zərərçəkmiş Cahangir Alışov deyib ki, Akif Çovdarovun zərərçəkmiş şəxsləri "dələduz" adlandırması həyasızlıqdır: "Dələduz kimdir bəllidir. Onun ləyaqəti olsa, başın qaldırıb adamların üzünə baxa bilməz. Məndən Masazırdakı balıqçılıq təsərrüfatına xərclədiyim pullarla bağlı sənədlər istədilər. Mən də həmin sənədləri təqdim etdim".


Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər