2 Mart 2017 14:05
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Pənah Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il Bakı şəhərində baş verib. Pənah Əliyev qonuşusu Xalid Lətifzadəni əvvəl daşla, sonra balta ilə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatənı xilas etmək mümkün olub.

Məlum olub ki, həmin şəxslər arasında dava söyüş üstə olub. Sərxoş olan Xalid Lətifzadə Pənah Əliyevi təhqir edib. Nəticədə Pənah Əliyev cinayət törədib.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər