2 Mart 2017 22:13
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan ömürlük OMON-çular-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv üçün ölkə başçısına müraciət ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə onların vəkili Elçin Sadıqov öz Feysbuk səhifəsində məlumat yayıb.

Vəkilin statusunda bu sözlər yer alıb: "21 ildir cəza çəkən keçmiş OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv edilmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 10 dekabr 1996-cı ildən həbsdədirlər. Cəza çəkdikləri müddətdə heç vaxt intizam pozuntusuna yol verməyiblər. Artıq hər üçü ağır xəstədir, yaşamaq ümidləri azdır.

Ümid edirik ki, bu əfv fərmanı onlara da şamil olacaq".


Müəllif:

Oxşar xəbərlər