Tovuz rayonunda dəhşətli hadisə baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Samir Məmmədov bıçaqla boğazını kəsərək intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, Samir Məmmədov özünə xəsarət yetirən zaman sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov