Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.
Naməlum şəxs Bakı şəhər sakini Püstəxanım Muxtarovaya zor tətbiq edərək içərisində 50 manat pul, mobil telefon, qızıl əşyalar və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Əli Əliyev tutulub.
Ondan 9,257 qram marixuana götürülüb. Ətrafında aparılan tədbirlərlə onun fevralın 27-də daha bir paytaxt sakininin içərisində 55 manat pul, mobil telefon, eynək və açar olan çantasını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Hacı Zeynalov