Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Salyan yolu, 40 ünvanında qeydə alənıb.
Həmin yerdə olan “Məkan” kafesində Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Qurbanov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Ürək nahiyəsindən xəsarət alan gənc xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada ölüb.
Gənci bıçaqlayaraq öldürən şəxsin həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov