Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, məhkum Elşən Ağayevlə qısa müddətli görüşə gələn Füzuli rayonu Horadiz şəhər sakini Vitali İsgəndərovun üstünə və əşyalarına baxış keçirilib.
Baxış zamanı onun corablarının içərisində gizlədilmiş 3 ədəd sellofan bükülüdə çəkisi 15.410 qram olan narkotik vasitə - heroin, çəkisi 0.970 qram olan narkotik vasitə - metamfetamin aşkar edilib.
Elşən Ağayev Cinayət Məcəlləsinin 228.1 və 67-ci maddələrinə əsasən 8 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə toplanılan materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilib.
Hacı Zeynalov