Şəmkir rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, Ələsgərli kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Xəlilov bıçaq xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Bəhruz Xəlilovun Köçəri adlı dostu tərəfindən bıçaqlandığı məlum olub. Cinayəti törədən şəxs qaçaraq gizlənib. Onun yerinin müəyyən edilərək həbs edilməsi istiqamətində tədbirlər görülür.
Hadisə pul borcu üstündə baş verib. Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanıb.
Hacı Zeynalov