Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Rəsul Purxoylu Eynullanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
O, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən il həbs edilən Rəsul Purxoyludan külli miqdarda narkotik vasitə aşkar olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitə, külli miqdarda) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov