Gəncə şəhərində 57 yaşlı qadın intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Rahilə Abdullayeva dərman içərək özünü öldürmək istəyib.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Rəhilə Abdullayevanın vəziyyətinin ağır olduğu bildirilir.
Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Daha bir intihara cəhd hadisəsi Bakının Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1967-ci il təvəllüdlü Nəbi Əliyev intihar etmək məqsədilə özü-özünə 38 bıçaq zərbəsi vurub.
Nəbi Əliyev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov