10 İyul 2014 14:34
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Boladi kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Eldəniz Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

E.Babayevin sərnişini, həmkəndlisi Xalid Əhmədov hadisə yerində ölüb, özünə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: