Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Qalib Nəbiyev və 1988-ci il təvəllüdlü Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror cinayət əməllərinin sübuta yetirildiyini qeyd edib, hər iki şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qalib Nəbiyev quldurluq və soyğunçuluq etmədiyini deyib. O, məhkəmədən bağışlanmasını istəyib: "Möhtərəm hakim, sizə və prokurora güvənirik. Xahiş edirik, bizə kömək edin".
Digər təqsirləndirilən Firdovsi Əliyev də məhkəmədən bəraət istəyib: "Göydə Allah, yerdə siz deyirəm".
Hər iki şəxsin vəkilləri hüquqlarını müdafiə etdikləri şəxsə bəraət istəyiblər. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hər iki şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqdirləndirilən şəxslər Bakıda soyğunçuluq və quldurluq əməlləti törədiblər. Sabunçu rayonunda soyğunçuluq etdiklərinə görə ötən il aprelin 20-də tutulan Firdovsi Əliyevin və Qalib Nəbiyevin quldurluq əməli törətdikləri də məlum olub. Onların Türkiyə vətəndaşı Çalışkan Osmanın 420 manat və 4300 ABŞ dollarını pulunu, habelə mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyən edilib.
Hər iki şəxsin cinsi azlıq nümayəndəsi olduqları bildirilir.
Hacı Zeynalov