Quba rayonunda oğurluq üstündə həbs edilən şəxsin 7 il əvvəl törətdiyi cinayət açılıb.
Teleqraf.com xəbər verir ki, Quba rayon sakini Aqil Ələkbərova məxsus yardımçı təsərrüfatdan məişət əşyaları oğurlanıb.
Aqil Ələkbərov baş verən oğurluq hadisəsi ilə bağlı Quba rayon polis şöbəsinə müraciət edib. Keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Çiləgir kənd sakini Zabit Hacıyev tutulub.
Onun əvvəllərdə məhkum olunduğu məlum olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Zabit Hacıyev 7 il əvvəl daha bir cinayət törədib. Onun 2010-cu il dekabrın 5-də qardaşı Bəhmanın qol və ayaq nahiyələrinə tüfəngdən atəş açaraq yüngül xəsarət yetirdiyi üəyyən edilib.
Polis əməkdaşları tərəfindən Zabit Hacıyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi, 12 ədəd patron, 1 qutu barıt aşkar edilərək götürülüb.
Hacı Zeynalov