Bakıda üzüm tənəyini kəsərkən yıxılan şəxs ölüb.
Teleqraf.com Daxili İşlər Nazirliyinin (DİN) istinadən xəbər verir ki, hadisə fevralın 28-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yaşayan Fərman Xəlilov həyətindəki üzüm tənəklərini kəsərkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən F.Xəlilov martın 7-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.