Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun inşaat işləri başa çatmadığı üçün nişan qoyularaq avtomaşınların hərəkətinin qadağan olunduğu hissəsinə daxil olan “FORD” markalı mikroavtobus aşıb.
Teleqraf.com virtualaz.org-a istinadən xəbər verir ki hadisə nəticəsində 10-KD-113 dövlət nömrə nişanlı “FORD”-un sərnişini-Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1986-ci ildə anadan olmuş Əliyev Elman Elburus oğlu baş nahiyəsindən və sürücü, 1987-ci ildə anadan olmuş Bakı şəhəri, Binəqədi rayon sakini Əhmədov Rasim Hacıağa oğlu çiyin və sol ayaq nahiyəsindən xəsarətlər alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Hazırda hər iki xəstəyə tibbi-yardım göstərilir. Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.