9 Mart 2017 11:41
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər.

Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.

***

10:30

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova qəzada həlak olan 2 tələbənin adını açıqlayıb.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, ölən tələbələr fizika-energetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev və İbrahim Nəsibovdur.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin 4-ü də tələbədir.

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb.

10:16

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəzda ali təhsil müəssisəsinin üç tələbəsi həyatını itirib: “Hadisə zamanı bir qız iki oğlan ölüb. Bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib. Hazırda universitetin rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. Hadisə ilə bağlı informasiya veriləcək”

***

09:56

“Bakı-Sumqayıt yolunda baş verən ağır qəza zamanı yaralanan 5 nəfər reanimasiyadır”.

Bunu Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, qəza zamanı 3 nəfər ölüb: “Yaralanan 5 nəfər isə 1 saylı Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri ağırdır”.

***

09:38

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda mikroavtobus qəzaya uğrayıb.

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Saat 09:10

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakıdan Sumqayıta gedən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Hadisə yerində yol polisinin əməkdaşları araşdırma aparır.

Hacı Zeynalov

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər