Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Xalidə Bəkirova Bakı İstintaq Təcridxanasında bir neçə gün əvvəl ana olub. Təcridxanada dünyaya gələn körpə də anası ilə birlikdə məhkəməyə gətirilib.
Məhkəmə baxışı martın 16-na təyin edilib.
Qeyd edək ki, Xalidə Bəkirova və Gülşən Bəkirova ötən il Bakıda yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli biliniblər, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Onlar Nərimanov rayon ərazisində bir mənzildən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlayıblar.
Hacı Zeynalov