10 İyul 2014 15:24

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zaman, tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 ədəd ağ rəngli və 24 ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...