Günün ikinci yarısında Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə prokuror digər təqsirləndirilən Natavan Mirvətova və digər təqsirləndirilən şəxslərə bağlı ittiham aktını elan edib. Daha sonra Natavan Mirvətova və digər təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Prokuror ittiham aktının oxunuşunu başa çatdırıb.
Martın 14-də davam edəcək prosesdə təqsirləndirilən şəxslərin ifadə verməsi başlanacaq.
Hacı Zeynalov