10 Mart 2017 11:37
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Vəliyevin səhhətinin ağır olduğu və məhkəməyə gətirilmədiyi elan olunub.

Hakim bildirib ki, onun müalicəsi davam etdirildiyindən proses təxirə salınıb. Bu qərara isə Vidadi Zeynalov etiraz edib. Qeyd edib ki, bu məhkəmə prosesinin uzanmasına səbəb olur: "Bu, bir aydan da çox çəkə bilər. Bu adam pulun ödəyib oturub. Biz də gəlib-gedirik".

Məhkəmə prosesi martın 15-nə təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər