Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Sadiq Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sadiq Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il oktyabrın 10-da saat 12 radələrində baş verib. Abşeron rayonunun Masazır qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası vuraraq öldürüb.
Hadisədən sonra Sadiq Muxtarov mətbəx bıçağı ilə özünə də xəsarətlər yetirib. Yaralı xəsarətlə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə qısqanclıq zəminində baş verib.
Hacı Zeynalov