Şabran polisi vətəndaşların yuxusunu ərşə çəkən iki dostu yaxalayıb. Teleqraf.com xəbər verir ki, Şabran rayon polis şöbəsi əməkdaşları tərəfindən evlərdən oğurluq etməkdə şübhəli bilinən şəhər sakinləri Murad Məmmədov və Əhəd Mirzəyevi müəyyən edə biliblər.
Hər iki şəxs polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlar ötən ilin noyabrın 27-dən cari il fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda təqsirli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov