12 Mart 2017 22:16
2 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Natiq Qafarov mübahisə zəminində daş ilə həmyerlisi 1966-cı il təvəllüdlü Mübariz Məmmədovun başına vuraraq onu öldürüb.

Hadisəni törədən Natiq Qafarov saxlanılıb.

O, törətdiyi cinayəti etiraf edib. Bildirib ki, hadisədən əvvəl qohumu olan Mübariz Məmmədovla yeyib-içiblər: “Biz bir yerdə fəhələlik edirdik. Hər gün də axşam yeyib-içirdik. Fevralın 11-də axşam yenə də yeyib-içdikş sonra aramızda mübahisə yarandı”.

Qohumlar arasında mübahisə pul üstündə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər