13 Mart 2017 16:31
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bir ay əvvəl baş verən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firudin Hüseynovun baş nahiyəsinə küt alətlə yetirilmiş xəsarət olan meyiti Nərimanov rayonundakı mənzilində tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub.

Zakir Məmmədovun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər